Ana səhifə
15 Noyabr 2018

TANAP-ın sərmayə dəyəri 10-12 milyard dollar təşkil edir

Rövnəq Abdullayev: “Enerji sektoruna təxminən 100-120 milyard dollar məbləğində investisiya qoyulmalıdır”                              

 

                     

İstanbulda ABŞ-ın mühüm “beyin mərkəz”lərindən olan Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda 6-cı sammiti keçirilib. Sammitdə ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin Baş naziri Əhməd Davudoğlu da iştirak ediblər. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev “21-ci əsrdə Enerji Təmini və Tələbatının Kritik Mənbələri” adlı sessiyada çıxış edib. O, bildirib ki, “Cənub Qaz Dəhlizi” dəhliz vasitəsi ilə Avropa davamlı, təmiz və alternativ enerjiyə sahib olacaq. Bu isə aktual olaraq qalan enerji təhlükəsizliyinə verilən töhfədir. Avropadakı təbii qaz tələbatının 2030-cu ildə 610 milyard kubmetrə, təbii qaz idxalatının isə illik 400 milyard kubmetrə yüksələcəyi təxmin edilir ki, bu da “Cənub Qaz Dəhlizi”nin önəmini artırmaqdadır.

 

“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi kimi Azərbaycan və Türkiyənin ortaq həyata keçirdiyi TANAP layihəsindən danışan ARDNŞ-nin prezidenti qeyd edib ki, Türkiyənin 2023-cü il hədəflərinə çata bilməsi üçün o vaxta qədər enerji sektoruna təxminən 100-120 milyard dollar məbləğində investisiya qoyulmalıdır. TANAP-ın sərmayə dəyəri 10-12 milyard dollar təşkil edir. Deməli, TANAP təkbaşına Türkiyənin enerji sektorunda ehtiyac duyulan investisiya tutarının 10 faizini təmin edəcək.

 

 

Əfsun

Tarix
24 Noyabr 2014 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin