Brayza: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub"

10:15 - 17 Noyabr 2017 - SİYASƏT

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub. Trend-in məlumatına görə, bunu RİA Novosti-yə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib. O qeyd edib: "Bizim Gürcüstandakı münaqişə (Cənubi Osetiya və Abxaziya münaqişəsi - red.) ilə bağlı tamamilə əks baxışlarımız var, lakin eyni zamanda Dağlıq Qarabağ və terrorizmlə mübarizə üzrə mütləq əməkdaşlıq edirik".

Xəbər xətti