Şumaxerin bolidi hərracda satıldı- 7,5 milyon dollara

10:08 - 17 Noyabr 2017 - DÜNYA

"Formula-1"in yeddiqat çempionu Maxel Şumaxerin yarış bolidi Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 7,5 milyon dollara satılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə hərrac evi bildirib. Hərrac evinin məlumatında deyilir: "Kəmərləri bağlayın. Mixael Şumaxerin Monako Qran Prisində qalib gəldiyi "Ferrari" yarış bolidi 7,5 milyon dollara satıldı". Hərrac evində qeyd ediblər ki, ilk dəfə müasir incəsənət hərracına avtomobil qoyulub və bu qərar özünü doğruldub.

Xəbər xətti