Ana səhifə
16 Dekabr 2017

Bitkoinin qiyməti 8000 dolları ötüb

Virtual kriptovalyuta "Bitcoin"in (BTC) qiyməti bu gün Asiya bazarlarında keçirilən hərraclarda 8 000 ABŞ dolları səviyyəsini ötərək tarixi rekordunu yeniləyib. "Report" xəbər verir ki, bununla da bitkoinin dəyəri ilin əvvəlindən 8 dəfə artım göstərib. BTC barədə müxtəlif fikirlərin səsləndirilməsinə baxmayaraq, onun qiyməti artmağa davam edir. Qeyd edək ki, BTC noyabrın 1-də 7 000 dollar səviyyəsini ötmüşdü. "Standpoint Research" investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) "CNBC" telekanalına müsahibəsində bitkoinin yaxın 10 ildə 50 min dolları ötəcəyini bildirib. Moasın sözlərinə görə, yaxın 10 ildə 200 mln. insanın cəmi 21 mln. ədəd olan bitkoinə tələbatı təklifi xeyli üstələyəcək.

Tarix
17 Noyabr 2017 [10:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ