Qaradağda avtomobil piyadanı vuraraq öldürüb

09:16 - 17 Noyabr 2017 - HADİSƏ

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vurub öldürüb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 13-cü km-də, paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, “Lifan” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb. Güclü zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb.   30-35 yaşlarında olan kişinin kimliyi hələlik məlum deyil.   Hadisə ilə bağlı araşdırma aparılır.  

Xəbər xətti