Ana səhifə
18 Dekabr 2017

"Zaman və Məkan” sənədli filmlərin ssenari müsabiqəsinin qalibləri müəyyənləşdi-Adlar

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Ucnoqta.az-a bildirib ki, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda, İttifaqın sədri professor Şəfiqə Məmmədova, qrumun birinci katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.

 

İclasda iştirak edən Münsiflər heyətinin (Kinorejissor, xalq artisti Oqtay Mirqasım, kinorejissor, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev) qərarı ilə ssenari müsabiqəsinin qalibləri aşağıdakı kimi qiymətləndirilib.

 

1-ci yer 1500 manat pul mükafatı (Heç bir ssenari qalib olmayıb)

 

2-ci yer 1000 manat pul mükafatı, 24 balla “Şükriyyə taleyim” ssenarisi

 

3-cü yer 500 manat pul mükafatı, 23 balla “Bakının su əfsanəsi” ssenarisi

 

Həvəsləndirici “Ümid” mükafatı 500 manat pul, 20 balla “Qara Qızıl” ssenarisidir.

 

Qeyd edək ki, “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisi Rəşad Şükürovun, “Qara Qızıl” ssenarisinin müəllifi isə Seyram Əmirovdur.

 

 

 

Tarix
16 Noyabr 2017 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ