Ağdam zəlzələdən sonra- FOTO+VİDEO

15:55 - 16 Noyabr 2017 - Xəbər

Zəlzələ Ağdam rayonunda fəsadlar yaradıb. 


Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Üçoğlan kənd sakini Zəhra Səfərovaya məxsus fərdi yaşayış evi uçub. 
Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Allahverən Əliyev "Report"un yerli bürosuna bildirib ki, baş verən təbii fəlakət zamanı dəyən ziyanla bağlı hesablamalara başlanılıb: "Biz Nazirlər Kabineti Və Fövqəladə Hallar Nazirliyi qarşısında məsələ qaldırmışıq. Ümumi baxış yekunlaşandan sonra adiyyəti olunacaq". 


Xəbər xətti