"Transneft" Azərbaycandan neft nəqlini dayandırıb - zəlzələyə görə

12:30 - 16 Noyabr 2017 - Xəbər

Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb.

 

"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.
Onun sözlərinə görə, hazırda Bakı-Novorossiysk neft kəmərində tədqiqat işləri aparılır: "Hazırda Bakı-Novorossiysk neft kəmərinin Şirvan hissəsində (Azərbaycan sərhədindən Kaspiysk rayonunadək olan hissə) yoxlama işləri aparılır".
Onun sözlərinə görə, hazırda bütün limanlarda hava şəraiti əlverişlidir, tankerlərin hərəkət qrafikində gecikmə yoxdur.

Xəbər xətti