Ana səhifə
16 Dekabr 2017

“Azəristiliktəchizat”: "545 qazanxanın hamısı birdən qoşula bilməz"

 "Azərbaycanda 2-3 günə bütün qazanxanalar işə salınacaq və əhali istiliklə tam təchiz olunacaq". Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O qeyd edib ki, noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılıb: "Bütün qazanxanalar mövsümə hazırdır. Qaz təchizatı açıldıqca qazanxanalar qrafiklə qoşulur. 545 qazanxanın hamısı birdən qoşula bilməz, qaz təchizatı da, biz də tənzimləmələr aparmalıyıq. Sahələrdəki işçi qruplarının hamısı gücləndirilmiş iş rejimində işləyirlər. Qoşulmayan qazanxanalardan xəbərimiz var".
Qurumun sözçüsü bildirib ki, orta məktəblərdə payız tətili olduğu üçün, bəzi məktəblər tətil vaxtı istiliyin verilməməsi üçün onlara müraciət edib: "Çünki içəridə axıntı ola bilər".
R.Əliyev sözlərinə görə, hələ qazanxanalar qoşulan ərazilərdən quruma heç bir şikayət daxil olmayıb.
O deyib ki, ötən mövsümdən borcu olan abunəçilər var: "Borcu olan vətəndaşlara xəbərdarlıq olunub. 10 gün müddətində borclarını ödəməsələr onların mənzillərinə verilən istilik təchizatı dayandırılacaq".

Tarix
16 Noyabr 2017 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ