Özbəkistanın müdafiə naziri Azərbaycana səfərə gəlib

10:31 - 16 Noyabr 2017 - Xəbər

Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində A.Azizovun Azərbaycan Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər xətti