Mingəçevirdə əri tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib

21:27 - 15 Noyabr 2017 - HADİSƏ

Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb.  Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb.  Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti