Ana səhifə
20 İyul 2018

Rüşvət verən baş redaktorun məhkəməsi başlayır

"Zaman Pres" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

 

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Gündüz Hüseynovun cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatında araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 21-ə təyin edilib.

 

Qeyd edək ki, G.Hüseynov dələduzluqda, rüşvət vermə və iştirakçılığın növlərində təqsirli bilinir. O, öz işçilərinə qarşı 200 min manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. G.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik)maddələri ilə ittiham irəli sürülüb.

Tarix
15 Noyabr 2017 [19:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin