Zəvvarları daşıyan avtobus Biləsuvarda qəzaya düşdü - FOTO

14:22 - 15 Noyabr 2017 - HADİSƏ

Biləsuvar rayonunda zəvvarları daşıyan avtobus qəzaya düşüb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 30 zəvvarın olduğu avtobus minik avtomobili ilə toqquşub. Bir neçə sərnişin xəsarət alıb və Biləsuvar rayon xəstəxanasına yerləşdirilib. 

Zəvvarlar Kərbəla ziyarətindən qayıdırmışlar.

Xəbər xətti