Daxili İşlər Nazirliyindən "Qoca"nı vuran polislərlə bağlı xəbər CAVAB

13:59 - 15 Noyabr 2017 - ÖLKƏ İÇİ

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşı mükafatlandırılıb. Ucnoqta.az  xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.Qərara görə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılmış, digərini isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı göstəriş verilmişdir.Bundan başqa həmin əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb.Bununla bağlı məlumat DİN-nin mətbuat xidmətindən saytımıza açıqlama verilərək təsdiq edilib.

Qeyd edək ki, Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan "Qoca" ləqəbli Etibar Məmmədovun saxlanılması zamanı atışma baş vermiş, E.Məmmədov öldürülmüşdü.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün məsələ ilə bağlı Ucnoqta.az-a münasibət bildirib. Qeyd olunub ki, belə bir məlumat həqiqəti əks etdirmir: "Azərbaycan polisi daimi cinayətkarlığa qarşı mübarizə aparır və "Qoca" ləqəbli şəxsə qarşı keçirilən əməliyyat da bunun bir hissəsi idi. Polis heç bir təmənna güdmədən öz işini davam etdirir və cinayətkarlığa qarşı mübarizəni davam etdirir".

Xəbər xətti