Ana səhifə
19 Sentyabr 2018

Nazir: "Biz tələb edirik ki, Dağlıq Qarabağ danışıqlarında konkret nəticələr olsun"

"Bu gün axşam Moskvaya yola düşürəm. Sabah həmsədrlərlə görüş olacaq". Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.
"Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm.
Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək".

Tarix
15 Noyabr 2017 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin