Ana səhifə
24 Noyabr 2017

Azərbaycan millisinin baş məşqçisi: "Komanda meydanda öz bildiyini edirdi"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Ələkbərov Kosovo ilə qolsuz heç-heçə etdikləri 2019-cu il Avropa çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında maraqlı fikirlər səsləndirib. S.Ələkbərov birbaşa sualları cavablandırıb.

- Epizodların birində rəqibin baş məşqçisinə sərt reaksiya verdiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Hamınız məni səmimi insan kimi tanıyırsınız. Ardıcıl 2 matçda nokdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz edirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük.

- Elnur Cəfərov matçdan sonra bahalı avtomobillə fotosunu paylaşdı. Bu gün isə sosial şəbəkədə azarkeşi söhbətə çağırıb...
- Mənim bundan xəbərim olmayıb. İnternetdən istifadə etməmişəm. Almaniya ilə oyundan sonra necə otağa girmişəmsə, bu gün otaqdan çıxmışam. Elnur və bəzi oyunçular bundan əvvəl İslam Həmrəyliyi Oyunlarında da özbaşınalıq etmək istəmişdilər. Sonra isə hərəkətlərinə görə üzr istəmişdilər.

- Elnur Cəfərov son hərəkətinə görə cəzalanacaqmı?
- Mütləq. Təkcə biz yox, klubu da onu cəzalandırmalıdır. Vaxtında bilsəydim, onu bazadan qovardım.

- Baş məşqçi kimi işinizi davam etdirmək istəyirsiniz?
- Mən bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar.

- Cərimə zərbələrindən komandanız çox pis istifadə edirdi. Bunu nə ilə izah edərdiniz?
- Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdır.report

Tarix
14 Noyabr 2017 [21:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ