Hava limanında bomba həyəcanı- Tbilisidə

20:58 - 14 Noyabr 2017 - DÜNYA

Gürcüstan polisinə Tbilisidəki hava limanına partlayıcı qoyulması barədə məlumat daxil olub. “Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dərhal hava limanındakı insanlar təxliyyə edilib. Hava limanının ərazisi axtarıldıqdan sonra heç bir partlayıcı tapılmayıb. Polis hazırda yalan məlumat verən şəxsi axtarır.

Xəbər xətti