Ceyranbatanda 5 otaqlı ev yanıb

19:11 - 14 Noyabr 2017 - HADİSƏ

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görəi, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər xətti