Neft şirkətinin rəhbərinin arvadı pilotla qaçdı

16:56 - 14 Noyabr 2017 - MARAQLI

"Rosneft" şirkətinin keçmiş rəhbəri İqor Seçinin bu ilin iyununda boşandığı həyat yoldaşı özünə yeni sevgili tapıb. Ucnoqta.az aznews.az-a istinadən xəbər verir ki, Olqa Seçinanın yeni sevgilisi italyan pilot Françesko Provençanodur. Məlumata görə, onların münasibətləri daha əvvəl, 2015-ci ildə başlayıb. Olqa Seçina yeni "boyfriend"i ilə şəklini boşanandan 4 həftə sonra İnstagram-da paylaşıb. Qeyd edək ki, Seçinlər 2017-ci ilin 14 iyununda boşanıblar. Bu, "Rosneft"in keçmiş rəhbərinin ikinci nikahıdır. Olqa ondan 25 yaş kiçik olub. Onların Varvara adında bir qız övladı da var.

Xəbər xətti