Daşkəsən Polis Şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirib

16:01 - 14 Noyabr 2017 - HADİSƏ

Daşkəsən rayon Polis Şöbəsinin Müvəqqəti saxlama kamerasında saxlanılan şəxs özünə xəsarət yetirib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinərək saxlanılan 50 yaşlı Rahib Əsədov özünü kəsici alətlə vurub.

Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti