Elmar Məmmədyarov Sudanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

15:29 - 14 Noyabr 2017 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib. XİN-dən verilən məlumata görə, görüş əsnasında səfir Abbas Mustafa Əhməd Abdulla etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Abbas Mustafa Əhməd Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abbas Mustafa Əhməd Abdulla diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.


Xəbər xətti