Azərbaycanın mənafelərinin müdafiəsi əsas fəaliyyət sahəmizdir

17:44 - 14 Noyabr 2017 - KİVDF

Ölkəmizi tanıtmaq üçün çoxsaylı layihələr həyata keçirilir

Cəmiyyəti 15 ildən artıqdır Finlandiyada fəaliyyət göstərir. Cəmiyyət sədri Təranə Nəzərova bildirib ki, daima Azərbaycanın milli maraqlarını müdafiə etməyə çalışıblar, ölkəmizi Finlandiyada tanıtmaq üçün çoxsaylı layihələr həyata keçiriblər. Finlandiya- Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Təranə Nəzərova qeyd edib ki, son illər Finlandiya ilə Azərbaycan arasında mədəni, iqtisadi və ictimai sahələrdə səmərəli əməkdaşlığın sahmana salınması istiqamətində geniş fəaliyyət göstərirlər. O deyib ki, bizim təşəbbüsümüzlə “GLOBAL Partner of Structured Profitability” şirkətinin prezidenti Pekka Susi, şirkətin Direktorlar Şurasının üzvü Kim Karme və başqaları Azərbaycan sahibkarları, şirkət rəhbərləri, biznes tərəfdaşları, hakimiyyət orqanlarının nümayəndələri üçün seminarlar keçirəcəklər. Finlandiyalı mütəxəssislər seminarlarda biznesin səmərəli idarə olunması, işgüzar əməliyyatların yaxşılaşdırılması, ölçülə bilən əməliyyat və maliyyə nəticələrinin əldə olunması prinsiplərini açıqlayacaqlar. Azərbaycanın iş adamları PDCA dövriyyəsi modeli, ISO standartlarının indiki versiyası, proses, əhali və texnologiyalar deyilən “müqəddəs” üçlük arasında tarazlığın əldə edilməsi Təranə Nəzərova bildirib ki. seminarlar bu ilin dekabrına nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Finlandiya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 8,92 mln. ABŞ dolları təşkil edib.
2017-ci ilin yanvar-iyun aylarında Finlandiya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,10 faiz təşkil edib.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, 2017-ci ilin yanvar-iyun aylarında Finlandiya Respublikası ilə ticarət dövriyyəsi 23,25 faiz, ixrac isə 2,18 dəfə çox olub. Hər iki tərəf bu göstəricilərin hər iki  ölkənin iqtisadi potensialına uyğun olmadığını və gələcəkdə bir neçə dəfə artırmaq niyyətindədirlər.
Təranə Nəzərova bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması barədə qərar Finlandiya azərbaycanlılarını da ciddi narahat edib.  Onun sözlərinə görə, “ Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə ən yüksək səviyyədə olub və bu əməkdaşlıq bütün sahələri əhatə edib. Azərbaycanda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu ölkədə yaşayan rusların bütün hüquqları təmin edilib. Azərbaycanın Rus İcması, Azərbaycan Rus Gənclər Assosiasiyası, Rus Mədəniyyət Mərkəzi kimi ictimai təşkilatlar uğurla fəaliyyət göstərir. Regionlarda etnik rusların artıq iki yüz ildir yığcam yaşadıqları kəndlər var. Azərbaycanda yaşayan bütün xalqlara tolerant münasibət fonunda Rusiya azərbaycanlılarını birləşdirən təşkilatın ləğv olunması barədə qərarı ədalətsiz hesab edirik”, - deyə Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib.
Təranə Nəzərova bildirib ki,bu ölkədə keçirilən beynəlxalq poeziya festivalnda (“Poetik ay”) Azərbaycan da həmişə fəal iştirak edir. Bir neçə il bundan əvvəl keçirilən tədbir xüsusilə  böyük maraq doğurub, ölkəmizə böyük maraq yaradıb. Bu barədə Cəmiyyətinin sədri Təranə Nəzərova məlumat verib. Onun sözlərinə görə, ənənəvi festivalın təşkilatçısı “Nuorivoyma” (“Gənclərin gücü”) jurnalı olub. “Avqust səmasında ay doğanda (saat 19-dan 23-dək) fin və əcnəbi şairlər mikrofona yaxınlaşaraq şeirlərini oxuyur, poetik söz xiridarı olan oxucuları ilə söhbət edirlər. Finlandiya Milli Teatrının ötən əsrin əvvəllərində romantik “yugendstil” üslubunda inşa edilən, görünüşü ilə poetik təəssürat yaradan məşhur binasında keçirilən gecə “Bütün dünyanın şeirləri” adlanırdı. Gecənin əsas hadisəsi “Gövhəri-laməkan mənəm” adlı Azərbaycan poeziyası antologiyasının təqdimatı olub. Topluya Xaqani, Nizami, Nəsimi və Füzulidən müasir dövrədək 27 şairin əsərləri daxildir.
Antologiya Azərbaycan poeziyasının müxtəlif əsrlərdə yaranan nümunələrini, onun rəngarəngliyini fin dilində geniş təqdim edən ilk belə nəşrdir. Antologiyanın tərtibçisi və redaktoru həmvətənimiz, tanınmış tərcüməçi Tahirə Cəfərovadır”,- o deyib.
Təranə Nəzərova bildirib ki, onunla birlikdə təqdimatda Tahirə Cəfərova, antologiyanın naşiri, Eyno Leyno adına mükafatın sahibi şair Leyevi Lehto, antologiyanın tərcüməsinə kömək edən şairlər Timo Malmi (Tampere) və Yukka Mallinen iştirak ediblər. Təkcə rus şairlərindən tərcümələri ilə deyil, həm də tərtib etdiyi müxtəlif antologiyalar ilə məşhur olan Yukka Mallinen Şərq poeziyasının xüsusiyyətlərindən, Azərbaycan poeziyasının dünyaya bəxş etdiyi xüsusi rayihədən, onun lirizmindən və özünəməxsusluğundan danışıb. 
Timo Malmi müasir Azərbaycan şairləri Fikrət Qoca, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Kamal Abdulla, Vaqif Səmədoğlu və başqalarından tərcümə etdiyi şeirləri oxuyub. Tahirə Cəfərova antologiya ideyasının necə yaranmasından, tərcümə prosesindən söz açaraq bildirdi ki, bunun üçün şeirlərin rus və ingilis dillərində tərcümələrinə müraciət etmək, şeriyyətin, poetikanın incəliklərindən baş çıxarmaq lazım idi.
Qarabağdan söz açan T.Cəfərova qeyd edib ki, bu gözəl diyar Azərbaycanın incisi, bir çox istedadlı şair və müğənninin vətənidir. O deyib: “Məşhur müğənni Rəşid Behbudovun “Şən qarabağlı oğlan” mahnısını hamımız xatırlayırıq. O, bu mahnını Finlandiyaya qastrol səfəri zamanı oxumuşdu. Biz SSRİ-nin və Azərbaycanın Xalq artisti Bülbülün Qarabağdan olduğunu, onun oğlu Polad Bülbüloğlunun uşaqlıq illərinin “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhəri ilə bağlı olduğunu unutmuruq”.
Sonra şair Tito Malmi Süleyman Rüstəmin antologiyaya daxil olan “Qarabağ nəğməsi” şeirinin tərcüməsini şövqlə oxuyub. Antologiyanın yaradılmasında şair və naşir Leyevi Lehto böyük rol oynayıb. Onun tərcümələri təkcə məzmunun fin dilində canlandırılması ilə deyil, həm də şeirlərin beytlərə ayrılmasının, onların ritmik şəklinin və hətta intonasiyasının dəqiqliyi ilə diqqəti cəlb edir. Nəsiminin məşhur “Məndə sığar iki cahan” şeirini oxuyan şair dinləyiciləri şeirin oxunuşu və klassik Azərbaycan təfəkkürünün dərinliyi ilə cəlb edib.
Gecənin sonunda Tahirə Cəfərova Azərbaycan Yazıçılar Birliyi və bütün Azərbaycan xalqı adından gözəl və təmənnasız bir işə görə antologiyanın naşirinə və bütün fin tərcüməçilərə təşəkkür edib.
 Onu da qeyd edək ki, Finlandiyanın paytaxtı Helsinki şəhərində ilk dəfə olaraq Azərbaycan bayrağı Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyəti tərəfindən dalğalanıb. 
Təranə Nəzərob bildirib ki, Azərbaycanın uğurları onları həmişə sevindirib. ”Hazırda İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan həyatın bütün sahələrində qazandığı nailiyyətlər ilə dünyanın diqqət mərkəzindədir. “Ölkəmizin qısa müddətdə istər daxili, istərsə də xarici siyasətdə qazandığı uğurlar, Azərbaycanın sürətlə inkişaf edən demokratik və güclü dövlət kimi təşəkkül tapması, etibarlı və sülhpərvər tərəfdaş kimi nüfuz qazanması İlham Əliyevin adı ilə bağlıdır. Bu gün xalqımızı müstəqil Azərbaycanın mənafelərinin müdafiəsi və onun beynəlxalq nüfuzunun artması işində dövlətimizin və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşib”.  Onun sözlərinə görə, bu uğurlar onların Azərbaycanı xaricdə daha yaxşı təmsil etməsinə, Azərbaycan həqiqətlərini dünyaya tanıtmağa ruhlandırır. “Azərbaycanın mənafelərinin müdafiəsi əsas fəaliyyət sahəmizdir”,- o deyib.

 

Xəbər xətti