Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya səfər edəcək

13:22 - 14 Noyabr 2017 - SİYASƏT

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya səfər edəcək. Bu barədə Ucnoqta.az-a XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
"Xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub".
Hikmət Hacıyev 20 noyabr tarixində Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcəyini bildirib.

Xəbər xətti