Ana səhifə
24 Noyabr 2017

İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gələcək. Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib. Diplomatın səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməkdir. Görüşün əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni də gələcək.

Tarix
14 Noyabr 2017 [13:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ