Ana səhifə
24 Noyabr 2017

Əli İnsanov məhkəməyə gətirilmədi

Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə Əli İnsanovun məhkəməyə gətirilmədiyi elan olunub.

Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət materealları ilə tanış olmadığını bildirib.
Məhkəmə vəsatəti təmin edib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, Qaradağ rayon məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamları qəbul etmir.publika.az

Tarix
14 Noyabr 2017 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ