Ana səhifə
24 Noyabr 2017

Siyavuş Novruzov: "Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi"

Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, ölkədəki böhrandan sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi: “AXC-nin siyasi hakimiyyəti demokratik yollarla deyil, zorakı və qeyri-sivil metodlarla ələ keçirməsi, əslində, bolşevizmin açıq təzahürü idi. Kütlə psixologiyasının və kütləvi psixoz vəziyyətinin yaratdığı imkanlardan yararlanan təsadüfi, idarəetmə təcrübəsinə malik olmayan şəxslərin siyasi hakimiyyətdə təmsil olunması çox keçmədən cəmiyyətdə özünün ağır fəsadlarını qabarıq şəkildə göstərməyə başladı”.

S.Novruzov vurğulayıb ki, həmin dövrdə Azərbaycan xalqı çoxsaylı problemlər girdabından qurtulmağın yeganə çıxış yolunu tanınmış siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdü: “Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində görülən işlər - atəşkəsə nail olunması, etnik separatizm meyillərinin aradan qaldırılması dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması Dağlıq Qarabağ probleminin həllinə təsir göstərməyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Habelə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Əgər 1992-ci ildə YAP-ın yaranması müstəqil Azərbaycanın ideoloji təməllərinin, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” iqtisadi bazasının əsasını qoyurdusa, 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiya onun hüquqi əsaslarını müəyyənləşdirdi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişinə cəhdlər zamanı YAP ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək xalqımızın hakimiyyətin müdafiəsi istiqamətində monolit birliyinin yaranması naminə uğurla fəaliyyət göstərərək zamanın imtahanından şərəflə çıxdı”.

Tarix
14 Noyabr 2017 [10:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ