Ana səhifə
25 Sentyabr 2018

Avtobuslarda qiyməti kim qaldırır?

Bakı avtobuslarında süni şəkildə gediş haqlarını artıran şəxslər var. Bu cür hallar dəfələrlə müşahidə olunub. Şikayət edilsə də, indiyədək heç bir tədbir görülməyib 
 

 

Ucnoqta.azMilli.Az-a istinadən xəbər verir ki, “Sədərək” ticarət mərkəzi - "Xalqlar Dostluğu" metro stansiyası istiqamətində marşrutla hərəkət edən 194 saylı avtobus gediş haqqını qaldırıb. Bu barədə sərnişinlərin sayta ünvanladığı məktubda qeyd edilib. Bildirilir ki, ticarət mərkəzi istiqamətində hərəkət edən avtobus sürücüsü mənzil başına çatmamış Yeni Yasamalda avtobusu saxlayaraq pulu qabaqcadan yığır. 

Hal-hazırda isə həmin xətt üzrə hərəkət edən avtubusun gediş haqqı şəhər daxili 20 qəpik, dairəvi yol üzrə isə 30 qəpik olduğu halda, onlar sərnişindən 40 qəpik alırlar. 

Məsələ ilə bağlı "Bakı Sərnişin Nəqliyyat" Departamentinin Mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov ilə əlaqə saxladıq. O vurğuladı ki, həmin avtobusun sahibkarları Tarif Şurasının icazəsi olmadan qiyməti artıra bilməzlər.

“Bir müddət öncə həmin marşrut üzrə hərəkət edən avtobus sürücüləri Tarif Şurasına müaciət ediblər gediş haqlarının qaldırılması ilə bağlı. Ancaq buna baxmayaraq onlara heç bir cavab verilməyib.

Bəli, ola bilsin ki, bir dənə dislokasiya olunan avtobusda gediş haqqı qalxsın, ancaq bu hamısına aid deyil. Mən indi sahibkarnan da danışaram məsələylə bağlı, ancaq ən yaxşısı həmin şikayətçi özü bizə yazılı şəkildə müraciət eləsin və həmin avtobusun dövlət nömrə nişanını göndərsin”, - Etibar Əzməmmədov deyib.

 

Tarix
9 Oktyabr 2014 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin