Ana səhifə
24 Noyabr 2017

Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarına dəyişiklik edilib

Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarına dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sənədi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Dəyişikliklərə görə, indi ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçi yazılı olmaqla yanaşı, elektron formada da müraciət edə biləcək və gömrük orqanları da bunun əsasında həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə verəcəklər. Eyni zamanda bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına həm yazılı, həm də elektron formada öhdəlik təqdim edə biləcək.

Digər dəyişikliklərə görə, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı yarımbəndlər ləğv edilib.

10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə;

11.1.2. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə.

Tarix
14 Noyabr 2017 [09:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ