Qazaxda sahibkarlar üçün treninq keçirilib

16:46 - 13 Noyabr 2017 - İQTİSADİYYAT

Noyabrın 10-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninq keçirilib.

İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, üzümçülüyün inkişaf perspektivləri, marketinq mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinq və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron     xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə geniş məlumat verilib

Xəbər xətti