Ana səhifə
21 Noyabr 2017

Xocavənddə əkin sahəsində tank əleyhinə mina aşkarlanıb

Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qarasu kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən əkin sahəsində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq 13 noyabr 2017-ci il tarixində partlayış yolu ilə zərərsizləşdirilib.

Tarix
13 Noyabr 2017 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ