Ana səhifə
21 Noyabr 2017

Sabahdan "Həzi Aslanov" stansiyasında eskalator təmirə dayanır

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metyropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum eəsmisi bildirib ki, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Tarix
13 Noyabr 2017 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ