Ana səhifə
24 Noyabr 2017

Azərbaycan Prezidenti İraq baş nazirinə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev İraqın baş naziri Heydər əl-Abadiyə başsağlığı məktubu göndərib.

 Məktubda deyilir:

"Hörmətli cənab baş nazir!
 Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.
 Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
 Allah rəhmət eləsin!"
 

Tarix
13 Noyabr 2017 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ