Ötən ay BTC kəməri ilə 2,2 mln. ton Azərbaycan nefti nəql olunub

11:01 - 13 Noyabr 2017 - İQTİSADİYYAT

Oktyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub. SOCAR-dan verilən məlumata görə, oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.

Bundan başqa, oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.

Xəbər xətti