Ana səhifə
15 Noyabr 2018

Rusiya “Transxəzər”ə qarşı olduğunu yüksək səviyyədə bəyan etdi

Vüqar Bayramov: “Rusiyanın mövcud oyun qaydaları belə, problem yarada bilməyəcək”

 

 

Rusiya “Transxəzər” layihəsinə qarşı olduğunu bir daha bəyan edib. Belə ki, Moskva indiyədək anti-Transxəzər mövqeyini Xarici İşlər Nazirliyinin adi məmurlarıyla çatdırırdısa, bu gün nazir Sergey Lavrovun özü danışır. O, açıqca bildirib ki, Moskva «Transxəzər» layihəsinin əleyhinədir: “Bizim yanaşmamız budur ki, hər bir ölkə suveren şəkildə öz iqtisadi müttəfiqlərini özü seçir. Bir şərtlə ki, bu proses zaman öz qonşularının qanuni maraqlarını pozmamış olsun. “ «Transxəzər» layihəsi də məhz bu kateqoriyaya, yəni, bu danışıqlarda iştirak etməyən ölkələrin qanuni maraqlarına toxunan layihələr kateqoriyasına aiddir”.

Qeyd edək ki, Həştərxan sammiti ərəfəsində Rusiya tərəfi bəyanat vermişdi ki, Xəzər dənizi ilə bağlı məsələlər yalnız Xəzəryanı dövlətlərin birgə razılığı ilə həll edilməlidir.

Bu bəyənatla bağlı “Üç nöqtə”yə danışan iqtisadçı ekspert Vüqar Bayramov son vaxtlar Rusiyanın «Transxəzər» layihəsinə bu qədər ciddi reaksiya verməsinin səbəini açıqlamağa çalışdı: “Bunun əsas səbəblərindən biri neftin qiymətinin aşağı düşməsi, həmçinin ABŞ və Qərbin sanksiyaları ilə əlaqədar Rusiya iqtisadiyatına dəyən zərərin miqyasının getdikcə artmasıdır. Nəzərə alsaq ki, «Transxəzər» qaz kəməri mavi qazın Avropaya çıxarılmasını nəzərdə tutur, onda bu layihənin  həyata keçirilməsində əsas məqsəd Avropa ölkələrinin Rusiya qazından asılılığını minimuma endirilməsidir. Rusiya hər bir cəhdlə çalışır ki, Avropa bazarlarında mövqeyini qoruyub saxlasın. Yəni indiki kimi, gələcəkdə də qiymət diqtə edən ölkə kimi qalsın. O baxımdan Rusiyanın maraqları aydındır. Bu maraq həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən özünü biruzə verir. Siyasi maraq yuxarıda qeyd etdiyimiz kimi Avropadakı bazarda mövqeyin saxlanması, Avropaya əlavə təzyiq imkanların verilməməsindən ibarətdir. İqtisadi maraq isə odur ki, «Transxəzər» layihəsi qərbin enerjidaşyıcıların qiymətinə təsir imkanları yarda bilər. Müxtəlif mənbələrdən enerjidaşyıcıların alınması idxalın diversifikasiyasına gətirib çıxara bilər ki, bu da birmənalı olaraq Rusiyanın maraqlarına uyğun deyil”.

Müsahibimiz dedi ki, Rusiya Avropa İttifaqının yanacağa olan tələbatının 44 faizini təmin edir: “Bu ölkənin mövqeyini başa düşmək olar. “Transxəzər” layihəsi ortaya çıxan gündən Rusiya “Cənub dəhlizi” layihəsini təklif etdi. Lakin layihənin dəyəri çox yüksəkdir. İlkin hesablamalara görə, bu layihə 25 milyard avro vəsait tələb edir”.

Ekspertin fikrincə, “Transxəzər” layihəsi reallaşarsa, Avropanın qaz təminatında Rusiyanın mövqeləri zəifləyəcək. İqtisadçı alimin sözlərinə görə, “Transxəzər” layihəsinin reallaşması Azərbaycana öz mavi yanacağını müxtəlif bazarlara nəql etməyə, eləcə də daha baha qiymətə satmağa imkan verəcək. Onun sözlərinə görə, layihəyə həm Avropada, həm də regionda yüksək səviyyədə siyasi dəstək var. “Transxəzər” əlaqəsi Azərbaycanı təkcə Avropanın qaz təchizatçısına deyil, həm də əsas tranzit mərkəzinə çevirir”.

V.Bayramov, «düşünmürəm ki, “Transxəzər” layihəsinin reallaşmasına mane olunsun» dedi. « İndiki məqamda “Transxəzər” layihəsinin reallaşması istiqamətində kifayət qədər ciddi addımlar atılıb, o baxımdan heç bir halda Rusiyanın tətbiq etdiyi mövcud oyun qaydaları belə, problem yarada bilməyəcək. Yalnız Rusiyanın təzyiqləri nəticə etibari ilə Xəzərin digər hissəsində olan ölkələrin , o cümlədən Türmənistanın mövqeyinə təsir edə bilər”.

Ekspert bu layihənin Xəzərin ekologiyasına mənfi təsir edəcəyi barədə səsləndirilən fikirlərin bəhanədən başqa bir şey olmadığını sözlədi.

 

Siyasi ekspertlər də qeyd edir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında hansısa iqtisadiyönümlü danışıqların və müqavilələrin digər dövlətlərə heç bir aidiyyəti yoxdur. Onların sözlərinə görə, Xəzərin statusu və digər ümumi məsələlərdə Xəzəryanı ölkələrin rəyindən söhbət gedə bilər. Ona görə də Rusiya XİN-in etirazı təəccüb doğurur.

 

 

Əfsun

Tarix
24 Noyabr 2014 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin