Ana səhifə
24 Noyabr 2017

Təhsil Nazirliyindən məktəblilərin tətil günləri ilə bağlı açıqlama

Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib. Ucnoqta.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: “Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Tarix
13 Noyabr 2017 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ