Ana səhifə
22 Sentyabr 2018

“Azərkosmos” ASC BMT-nin təşkil etdiyi seminarda

“Azərkosmos” ASC bu il noyabrın 17-dən 20-nə qədər Çinin paytaxtı Pekində Birləşmiş Millətlər Təşkilatı, Çinin Milli Kosmik Administrasiyası və Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının birgə təşkil etdiyi Hüquq sisteminin güclənməsində milli kosmik qanunvericiliyinin rolu haqqında seminarda təmsil olunub.

 

 

Ucnoqta.az xəbər verir RYTN-dən verilən məlumata görə, seminar çərçivəsində “Azərkosmos” ASC-nin Hüquq şöbəsinin əməkdaşı Arzu Məmmədova  çıxış edib.  Çıxış zamanı “Kosmik fəaliyyət haqqında” Azərbaycan  Respublikasının Qanun layihəsi təqdim olunmuş və bu qanunun qəbul edilməsi nəticəsində Azərbaycanda kosmik sahənin davamlı inkişafına hüquqi zəmin yaranacağı  qeyd olunub. Azərbaycanda kosmik sahənin hüquqi tənzimlənməsi ilə bağlı atılan addımlar tədbir təşkilatçıları və iştirakçıları tərəfindən müsbət qarşılanıb və inkişaf etməkdə olan ölkələr üçün nümunə ola biləcəyinə dair fikirlər səsləndirilib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.  

 

Bəhruz

 

Tarix
24 Noyabr 2014 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin