Qubada ev yanıb

09:12 - 11 Noyabr 2017 - HADİSƏ

Qubada yanğın olub. FHN-dən verilən məlumata görə, rayonun Aşağı Tüləkəran kəndində ümumi sahəsi 384 m² olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti