Ermənistan ordusunun zabiti xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyüldü

16:11 - 10 Noyabr 2017 - DÜNYA

İşğalçı Ermənistan ordusunun zabiti xüsusi amansızlıqla döyülüb. Hadisə Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrdən birində qeydə alınıb.

Ermənistan ordusunun alayının zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.trend

Xəbər xətti