Bakıda 5-ci mərtəbədən yıxılan azyaşlı uşaq ölüb

14:33 - 10 Noyabr 2017 - HADİSƏ

Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb.  Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan azyaşlı eyvandan düşüb. 
 
Uşaq xəstəxanaya aparılıb. 1 saylı Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, Yejov German Andreyeviç 1 yaş 9 aylıq olub.
 
Çox ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağı xilas etmək mümkün olmayıb.

Xəbər xətti