Ana səhifə
21 Noyabr 2017

Elmar Məmmədyarov Efiopiya xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb. XİND-dən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərinin son illər inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. Bu xüsusda, Vorkene Qebeyehu Elmar Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirdi və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətinə toxunub.

Elmar Məmmədyarov Efiopiyanın xarici işlər naziri Vorkene Qebeyehunu Azərbaycana rəsmi səfərə dəvət etdi. Nazir Verkene Qebeyehu dəvəti məmnuniyyətlə qəbul edib.

Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər saldılar. Eyni zamanda, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyini bildiriblər.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər saldılar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes forumlarının keçirilməsinə dair razılıq ifadə olunub.

Elmar Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırıb.   

Həmçinin, nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar. Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barəsində məlumat verib.

Görüşün əsnasında nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”-nu imzalayıblar.

Görüşdən sonra Nazir Elmar Məmmədyarov Efiopiyaya səfər və keçirilmiş görüşlər haqqında Efiopiya KİV-nin suallarını cavablandırdı.  

Tarix
10 Noyabr 2017 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ