"SOCAR Trading" Kanadadakı ofisini bağlayır

11:33 - 10 Noyabr 2017 - İQTİSADİYYAT

"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə "Reuters" agentliyi şirkətin məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, şirkət növbəti 3-4 ay ərzində bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürəcək.
Qeyd edək ki, "SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.trend

Xəbər xətti