Ana səhifə
21 Noyabr 2017

Mahmud Məmməd-Quliyev: "Azərbaycan və Aİ arasında yeni saziş üzrə mövqelərdə yaxınlaşma var"

Siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Nazir müavini deyib: "Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır - siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektoral blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin ümumiyyətlə, mövqelərdə yaxınlaşma var". Onun sözlərinə görə, 2-3 iclas artıq keçirilib, eləcə də video-konfranslar, yazışmalar aparılıb. Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.
Tarix
10 Noyabr 2017 [10:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ