U-21 Almaniya Azərbaycan millisini darmadağın etdi- 7:0

20:09 - 9 Noyabr 2017 - İDMAN

Bu gün 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsinin növbəti oyunları keçirilib. 5-ci qrupda mübarizə aparan Azərbaycan millisi almaniyalı həmyaşıdlarını qəbul edib. Samir Ələkbərovun rəhbərlik etdiyi yığmamız 0:7 hesabı ilə uduzub. Qeyd edək ki, buna qədər meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub.qol.az 9 noyabr Azərbaycan – Almaniya - 0:7  Qol: Hartel, 2, 46, 58; Amiri, 14, Seydel, 28, Klosterman, 60, Öztunalı, 84 Baş hakim: Daniyar Saxi Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan) Bakı. “Dalğa Arena” stadionu

Xəbər xətti