Rusiyada yaşayış binası çöküb

21:46 - 9 Noyabr 2017 - DÜNYA

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissəsi çöküb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir  ki, hadisə nəticəsində binanın bir bloku bütövlükdə çöküb. 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb. İlkin məlumata görə, hadisəyə qaz sızması nəticəsində baş verən partlayış səbəb olub. İki nəfər ölüb. Xilasedicilər dağıntılar altında 4 nəfəri çıxarıblar. Onlardan ikisi artıq evə buraxılıb. Dağıntılar altında insanları hələ də qaldığı bildirilir.

Xəbər xətti