Bakıda “LandRover” yolu keçən qadını vurub

12:11 - 9 Noyabr 2017 - HADİSƏ

Bakıda Bayraq Meydanının qarşısında ölüm hadisəsi baş verib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ko, hadisə noyabrın 8-i saat 19:30 radələrində olub. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ələkbərova Könül Elton qızı Dövlət Bayraqı Meydanının qarşısında yolu keçmək istəyib. Bu zaman 1962-ci təvəllüdlü Şahbazov Əmrulla Sahlar oğluna məxsus 90 FO 007 nişanlı “LandRover” markalı avtomaşın tərəfindən vurulub. Qadın hadisə yerindəcə vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti