Sumqayıtda vaqon tipli ev yanıb: 2 nəfər xəsarət alıb

10:15 - 9 Noyabr 2017 - HADİSƏ

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb. FHN-dən verilən məlumata görə, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti