Ana səhifə
21 Noyabr 2017

Elmar Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Mulatu Teşome ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Mulatu Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.   O, çoxsaylı efiopiyalı tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini deyib.   Elmar Məmmədyarov minlərlə afrikalı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını, ölkəmizin bu sahədə Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu detərək, ali təhsil müəssisələrimiz, o cümlədən xarici tələbələr üçün əlverişli təhsil imkanları barədə məlumat verib.   Efiopiyanın Afrika qitəsində, eyni zamanda Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan nazir ölkəmizin Efiopiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.   Elmar Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr, habelə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışdı. Nazir həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək ölkəmizin ədalətli mövqeyini Mulatu Teşomenin diqqətə çatdırıb.   Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tarix
9 Noyabr 2017 [09:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ