Ana səhifə
21 Noyabr 2017

​AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətinin 1 ili tamam oldu

Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı fəaliyyətinin bir illiyini qeyd edib. AMEA-dan Ucnoqta.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq keçirilən tədbirdə AMEA YT Parkın direktoru Vüqar Babayev keçən dövr ərzində görülmüş işlər barədə söz açıb. Bildirib ki, elm və biznesin qovuşduğu məkan olan AMEA Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradılıb.

AMEA YT Park bir il ərzində milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq bir sıra uğurlu layihələr həyata keçirib. Hazırda elmin inkişafı, elmi-tədqiqat işləri, innovasiya layihələri istiqamətində müvafiq ictimai, özəl və beynəlxalq institutlarla əməkdaşlıq edərək texnologiyaların transferi, elmin biznesə çevrilməsi istiqamətində fəaliyyətini davam etdirir. AMEA Yüksək Texnologiyalar Parkı gənclər arasında təşəbbüskarlığı təşviq edir. Ölkədə gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılmasını və şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərini dəstəkləyir. Bu istiqamətdə gənclər arasında keçirilən bir sıra müsabiqələrin reallaşmasında baş tərəfdaş kimi çıxış edir.

AMEA Yüksək Texnologiyalar Parkı elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezident və sahibkarlara geniş imkanlar və imtiyazlar yaradır. AMEA YT Parkın 1 illiyinə həsr olunmuş tədbirdə yeni rezidentlərə şəhadətnamələr təqdim olunmuşdur. AMEA YT Parkın rezidentləri çıxış edərək, onlara yaradılan şərait və təqdim edilən infrastruktur üçün təşəkkür etmiş və texnoparkın kollektivini təbrik edərək, gələcəkdə daha böyük uğurlara nail olmalarını arzu etmişlər.

AMEA YT Park Azərbaycanda gələcəkdə də elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinə dair layihələrin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.

Tarix
8 Noyabr 2017 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ