Ana səhifə
21 Noyabr 2017

Azərbaycanda ehtiyac meyarının həcmi artırıla bilər

Milli Məclisin deputatları ehtiyac meyarı həcminin artırılmasını təklif ediblər.

Bu təklif 2018-ci il dövlət və icmal büdcənin layihəsinin müzakirələri zamanı səsləndirilib.

Deputatlar parlamentin plenar iclasında “Ehtiyac meyarı haqqında” qanun istisna olmaqla, 2018-ci il üçün bütün büdcə paketlərinin müzakirə olunmasını təklif ediblər.

Millət vəkillərinin fikrincə, 2017-ci il üçün də müəyyən edilmiş 116 manat həcmində ehtiyac meyarı kifayət deyil.

2018-ci il üçün Azərbaycanda yaşayış minimumu 173 manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 11,6 faiz çoxdur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumları aşağıdakı kimi olacaq: əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat.trend

Tarix
8 Noyabr 2017 [14:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ