Sabah yağış yağacaq, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində müşahidə olunacaq hava məlumatını açıqlayıb. ETSN-dən verilən məlumata görə, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 13-15, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 5-9, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.  

Tarix
8 Noyabr 2017 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin